“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və sahibkarlıq fəaliyyətlərinə sahibkarların böyük marağı var”.
Eləcə də bax: KOBİA və Türkiyənin müvafiq qurumları əməkdaşlıq edəcək – SAZİŞLƏR İMZALANDI
FED.az xəbər verir ki, bunu, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsinin yekun konfransında çıxışı zamanı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin Sədri Orxan Məmmədov bildirib.
Sədr əlavə edib ki, indiyədək, işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti və quruculuq layihələrində iştirakla bağlı 400-ə yaxın müraciət daxil olub. Müraciətlər arasında xarici investorlardan daxil olmuş müraciətlər də yer tutur. (Marja)