2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 9 yeni iri sahibkarlıq subyekti yaradılıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Xatırladaq ki, 2023-cü ildə həmin ərazilərdə yeni iri sahibkarlıq subyekti yaradılmayıb.
Ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 0,4 %-i və yaxud 868-si iri sahibkarlıq subyeki olub.
Bu, əvvəlki ilin sonuna nisbətən 89 vahid və yaxud 11,4 % çoxdur.
Hesabat tarixinə iri sahibkarlıq subyektlərinin 76,5 %-i və yaxud 664-ü Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 7,8 % çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 11 (83,3 % çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 (5 dəfə çox) iri sahibkarlıq subyekti olub. (Report)