Amazon, ağıllı qapı zəngi və ev təhlükəsizliyi "startup"ı "Ring Inc" şirkətini 1 milyard dollara satın almağı qəbul edib. Mövzuya yaxın mənbələrin verdiyi məlumata görə, satınalmada müşavir olaraq "JPMorgan Chase & Co"ya səlahiyyət verilib.
FED.az xəbər verir ki, "Ring Inc" görüntülü qapı zəngi və təhlükəsizlik kameraları avadanlığı istehsal edir. İstifadəçilər telefonları və ya kompüterləri ilə qurulan sistemə bağlanıb, sistemi idarə edə bilirlər.
Amazon ağıllı ev texnologiyaları sahəsində "Echo" ağıllı səsucaldan və səsli assistent "Alex" texnologiyalarını təqdim etmişdi.
Analitiklərə görə, "Ring Inc"in satın alınması Amazon-un ev texnologiyaları sahəsindəki hərəkət qabiliyyətini artıracaq.
Satınalma ilə Amazon, ev təhlükəsizliyi sektorunda "Nest Labs Inc.", "Honeywell International Inc." ve "Canary Connect Inc." kimi şirkətlərə rəqib olacaq.
@marja.az