05.09.2024-cü il tarixdə saat 11:00-da "Pano" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. FED.az xəbər verir ki, yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmlərin sayının azaldılması barədə müzakirə.
2. Dövlət reyestrindən çıxarışda nizamnamə kapitalının məbləğinin dəyişdirilməsi üçün lazımi işlərin görülməsi.
3. Kapitalın azaldılması ilə bağlı AR-in Mərkəzi Bankına müraciət edilməsi.
Ünvan: Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan ŞTQ, İ.Məmmədov, 127 A.
Qeyd edək ki, 2005-ci ildə fəaliyyət göstərməyə başlayan “PANO” ASC fasad, qapı və pəncərə profillərinin istehsalını həyata keçirir.
Şirkət pəncərə və qapılar üçün alüminium profillərin, WPС ekstruziya məhsullarının, pəncərə altılar üçün örtüklərin, interyer və eksteryer üçün dekinq-məhsulların, taxtadan hazırlanmış daxili və xarici qapıların, taxtadan üzləmə məhsulların istehsalı ilə məşğul olur.