2019-cu il üçün Vergi Məcəlləsində dəyişikliklər paketi hazırdır. FED.az xəbər verir ki, bu açıqlamanı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov FİF-2018 tədbirində çıxışı zamanı səsləndirib.
“Qanunvericiliyin tez-tez dəyişdirilməsi məqsədimiz deyil, ancaq müəyyən məqamların daha da aydınlaşdırılması, biznes mühitinin əlverişliliyinə imkan verən məsələlərin qarşıdakı dəyişikliklərdə nərəzə alınması hədəflənib”, deyən N.İmanov elektron qaiməyə keçiddən sonra vergi yoxlamalarının sayının azaldığını vurğulayıb.
Onun sözlərinə görə, dövlət tərəfindən əlverişli mühitin yaradılmasına adekvat olaraq sahibkarlar da əməliyyatları şəffaflaşdırılmalı, hesabatlılığı yüksəltməlidirlər: “Dövlət orqanına nə qədər açıq olsalar, şəffaflıq mühitini nə qdər açıq saxlasalar, fəaliyyətlərinin partnyor çərçivəsində davam etməsinə şərait yaratmış olarlar. Hər şey uçotdan başlayır, uçot olmayan yerdə nizam-intizam da olmaz. Görünür ki, artıq vergi ödəyiciləri daha çox əməliyyatlarını rəsmiləşdirməyin tərəfdarıdırlar”.