“Qafqaz Lizinq” ASC təşkilati-hüquqi formasını MMC-yə dəyişməsi ilə əlaqədar səhmlərini dövriyyədən çıxarıb.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Eləcə də bax: Səhmləri komissiyasız alıb-satmaq mümkün olacaq - YENİ XİDMƏT
Məlumata görə, söhbət AZ100100891 dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 1 000 manat olan 660 ədəd sənədsiz, adi, adlı səhmdən gedir. Həmin qiymətli kağızlar müvafiq olaraq paylara çevrilib.
Report