“Azərbaycan sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının, şəbəkələr yaratmasının tərəfdarıdır”.
FED.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda deyib.
Eləcə də bax: 5 ayda Azərbaycan iqtisadiyyatına yatırılan investisiya - MƏLUM OLDU
O bildirib ki, qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 6797yeni iş yeri açılıb: “Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaradıb. Bu onu göstərir ki, qadınların iqtisadi təşəbbüskarlığı artmaqdadır. Azərbaycanda sahibkar qadınların imkanlarının artırılaraq yeni bazarlara çıxışının genişləndirilməsi zəruridir. Elə buna görə də Azərbaycanda son 16 ildə 4327 qadın sahibkara 79,1 milyon manat kredit verilib. Əlbəttə ki, Azərbaycan sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının, şəbəkələr yaratmasının tərəfdarıdır”.