Bu il 6 milyon dollara yaxın şərab ixracı həyata keçirilə bilər.
FED.az xəbər verir ki, bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
"Ötən il 4,5 milyon dollarlıq şərab məhsulunu ixrac etmişik. Bu il 30-40 % artım gözləyirik. Hesab edirik ki, 6 milyon dollara yaxın ixrac həyata keçirə bilərik. İxracın artması bazardan da aslıdır", - deyə E.Mədətov bildirib.
Eləcə də bax: Zaqatalada istehsalı başladı - LİTRİ 12 MİN AVRODUR
O həmçinin əlavə edib ki, iyulun 4-8-də Monqolustana ixrac missiyası nəzərdə tutulub: "Bundan başqa, avqustun sonu, sentyabrın əvvəlində Çinə iki ixrac missiyası baş tutacaq. Ümumiyyətlə, il ərzində 20 ixrac missiyası olacaq".
E.Mədətov Şanxayda açılışı planlaşdırılan "Şərab Evi" ilə bağlı danışarkən bildirib ki, bununla bağlı ilkin razılaşma əldə edilib: "Şanxayda Azad Ticarət Zonasında "Şərab Evi"nin açılması nəzərdə tutulur. Texniki məsələlər həll edilsə, iyulun ortalarında açılış ola bilər".