“Private Facility Management” (PFM) MMC biznes proseslərinin optimallaşdırılması istiqamətində daha bir uğurlu addımını atıb. Belə ki, PFM-lə “Respect Solutions” MMC arasında rəqəmsal transformasiya keçid və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
FED.AZ xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində PFM rəqəmsal transformasiya prosesini sürətləndirərək Microsoft Azure bulud həllərini və Dynamics 365 ERP sistemlərini iş proseslərinə inteqrasiya edəcək.
Əməkdaşlıq müqaviləsinin PFM-in biznes proseslərinə hansı müsbət təsirləri olacaq?
Bu layihədə əsas məqsəd biznes proseslərinin optimallaşdırılması və idarəetmənin daha çevik edilməsi, süni intellekt və analitika həllərinin tətbiqi ilə qərarvermə mexanizminin gücləndirilməsi, həmçinin Bulud infrastrukturu və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə əməliyyatların dayanıqlığının və effektivliyinin artırılmasıdır.
Rəqəmsal innovasiyanın tətbiqi PFM-ə hansı üstünlüklər qazandıracaq?
Sürətlə dəyişən biznes mühitində rəqəmsal yanaşmaların və bulud texnologiyalarının tətbiqi bazar liderləri üçün artıq strateji üstünlük deyil, zəruri şərtdir. Məhz bu səbəbdən tərəfdaşlıq PFM-ə müştərilərə daha yüksək keyfiyyətli xidmətlər təqdim etməyə və bazar rəqabətində fərqlənməyə imkan verəcək. Eyni zamanda, “Respect Solutions” bu layihə ilə beynəlxalq səviyyədə rəqəmsal transformasiyanın aparıcı oyunçularından biri olduğunu bir daha sübut edəcək. “Respect Solutions” və PFM bu yeni dövrün ən öncül iştirakçılarından olmağa iddialıdır.
Qeyd edək ki, “Microsoft”un Gold statuslu tərəfdaşı kimi fəaliyyət göstərən “Respect Solutions” şirkəti MDB, Türkiyə və Avropa bazarlarında “Microsoft Azure” və “Dynamics 365 ERP” həllərinin tətbiqi sahəsində geniş təcrübəyə malikdir. Şirkət uzun illər ərzində rəqəmsal transformasiya, bulud texnologiyaları və biznesin avtomatlaşdırılması sahəsində qabaqcıl həllər təqdim edərək müştərilərinin əməliyyatlarını optimallaşdırmağa və səmərəliliyi artırmağa kömək edib.
Xatırladaq ki, Azərbaycanda 2023-cü ildən fəaliyyətə başlayan “Private Facility Management” (PFM) MMC “PFM Catering”, “PFM Maintenance” və “PFM Trading” brendləri ilə tanınaraq iaşə, texniki xidmət və ticarət sahələrində bazarın aparıcı oyunçularından birinə çevrilib. 140 nəfərlik peşəkar komanda tərəfindən idarə olunan şirkət keyfiyyət standartlarına və müasir texnologiyaların tətbiqinə önəm verir. Yüksək xidmət keyfiyyəti və qida təhlükəsizliyi standartlarını əsas prioritetlərindən biri hesab edən PFM texnologiyaya strateji investisiya yatıraraq idarəetmənin avtomatlaşdırılması və səmərəliliyin artırılması istiqamətində ciddi addımlar atır.
Hazırda şirkətin xidmət portfoliosuna (yemək və təmizlik xidməti) Azərbaycan Dəmir Yollarının (ADY), Sumqayıt Texnologiyalar Parkında (STP) fəaliyyət göstərən rezidentlərin, həmçinin “Baykar Technologies”, “Azercell”, “Aztelekom”, “Baku Bus” və “Caspel” kimi şirkətləri daxildir.
“Respect Solutions” MMC
E-poçt: [email protected]
“Private Facility Management” MMC
E-poçt: [email protected]