Pandemiya dövründə Azərbaycan sahibkarlarının ölkə daxilinə deyil xaricə investisiya etməsi dözülməzdir və aidiyatlı qurumlar bu məsələni diqqətdə saxlamalıdır.
Eləcə də bax: Azərbaycanda ən az və ən çox investisiya yatırılan - RAYON/ŞƏHƏRLƏR – SİYAHI
FED.az xəbər verir ki, bunun prezident İlham Əliyev bu gün Biləsuvar və Saaatlı rayonlarının bu gün təyin edilən icra başçılarnı qəbul edərkən bildirib.
Eləcə də bax: Azərbaycanda investisiyanın artıb-azaldığı - RAYON/ŞƏHƏRLƏR – SİYAHI (30.06.2020)
Dövlət başçısı icra başçılarnı bölgələrdəki iqtisadi vəziyyətlə bağlı taşrıqılrar verərkən xaricə pul yatıran iş adamlarını tənqid edib.
«Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik»-deyə prezident bildirib.
Eləcə də bax: Prezident yeni icra başçılarına hansı tapşırıqlar verdi - CIXIŞIN TAM MƏTNİ
İlham Əliyev deyib ki, xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb: «Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri».
Dövlət başçısı etiraf edib ki, kənd təsərrüfatına xarici investisiya cəlb etmək asan deyil və burada əsas yerli iş adamlarına ümid etmək lazımdır: «O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar».
İlham Əliyev bəzi iş adamlarının Azərbaycanda qazandığı pulları xaricə investisiya etməsindən narazılığını bildirib. Onnu sözlərinə görə, belə iş adamları ilk növbədə Azərbaycanı düşünməlidirlər: «Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir».
Dövlət başçısı iş adamlarını pandemiyanın yaratdığı çətin dövrdə ölkəyə sərmayə yatırmağa çağırıb: «Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur».
Prezident və hökumətin sahibkarları bundan sonra da dəstəkləyəcəyini qeyd edən İlham Əliyev bildirib hazırki şəraitdi yerli sahibkarların xaricə yatırım etməsi doğru addım deyil: «İndiki şəraitdə yböyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir».
Prezident xatırladıb ki, dövlət bunu qadağan edə bilməz, əvəzində aidiyyatlı orqanlara bu sahəni diqqətdə saxlamağı tapşırıb: «Əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır».
İlham Əliyev yeni icra başçılarına tapşırıb ki, yatırım etmək istəyən iş adamlarına dəstək versinlər və şərait yaratsınlar: «Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq».