Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları 11 iyulda Bakıda və regionlarda fəaliyyət göstərən 49 restoran-kafe və 161 ərzaq satışı mağazası olmaqla ümumilikdə 210 müəssisədə reyd keçiriblər.
Agentlikdən FED.az-a bildirilib ki, reyd keçirilən obyektlərdən 74-də qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Bu obyektlər barəsində inzibati tədbirlər görülüb.
Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Seymur”, “№ 1”, “Əli”, “Grandmart”, “Elşən”, “24 saat”, “Bakı market”, “FA”, “Vedi”, “Vaqifoğlu”, “Elit”, “Sirab”, “Original” marketlər, Nəzərov Şirinbəy Ramazan oğluna, Şükürov Azər Duman oğluna və Məmmədov Elnur Mayıl oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Quba rayonunda “Bizim” kafe, “Qədim Quba”, “Çənlibel” və “Panorama” restoranları
Qusar rayonunda “Karvan” kafe
İsmayıllı rayonunda Nağıyev Mübariz Adil oğluna, Nağıyev Raiz Əhməd oğluna məxsus restoranlar, “Xəyal”, “Günəş park” restoranları, “Dost qapısı”, “Qoşa samovar”, “Halal”, “Mican”, “TV” kafelər
Sabirabad rayonunda Şıxəliyev İftixar Maqsud oğluna məxsus kafe, “Ümüd” kafe
Şirvan şəhərində Rzayev Fərid Faiq oğluna məxsus kafe və Zeynalov İlqar Əliqulu oğluna məxsus ərzaq mağazası
Salyan rayonunda Ağayev Tərlan Əhmədağa oğluna və Qafarov Mirqəfər Seyidəhməd oğluna məxsus kafelər, Həsənzadə Vaqif Hikmət oğluna, Sadıqov Raqli Malik oğluna və Baxışov Rəşid Vaqif oğluna məxsus ərzaq mağazaları
Masallı rayonunda Novruzov İlqar Vasif oğluna, Vəlizadə Fariz Şakir oğluna, İbadova Gülzar Qəribəli qızına, Babayev Cavid Canalı oğluna, Əşrəfzadə Fərrux Əşrəf oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində Məhərrəmov Məhərrəm Arzuman oğluna, Qurbanov Sərxan Elman oğluna, Rayeva Gülarə Ziyəddin qızına məxsus ərzaq mağazaları, “Cavid”, “24 saat”, “Bizim”, “Universam”, “Flaqman”, “Aysberq” marketlər
Tərtər rayonunda Musalı Rauf Azər oğluna, Mehdizadə Elvin Elgiz oğluna və Əliyev Sərxan Altay oğluna məxsus dönərxanalar, Fərzəliyev Elçin Xanlar oğluna və Abışov Anar Xaliq oğluna məxsus ərzaq mağazaları
Şəmkir rayonunda “Balıq evi”, “Məkan” kafeləri, “Ruzi”, “Şəmkir” və “Ballı” ərzaq mağazaları
Tovuz rayonunda Abbasov Dilqəm Məhəmməd oğluna, Qəhrəmanov Elnur Vidadi oğluna, Abdullayev Arif Tofiq oğluna, Məmmədov Xaliq Arif oğluna məxsus ət satışı mağazaları
Zərdab rayonunda İsrafilov Ülvi Şahin oğluna, Məmmədova Şəhla Eyvaz qızına, Məmmədov Elvin Hafis oğluna məxsus ərzaq mağazaları, “Oba”, “Üfüq”, “Ayan” və “Final” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.