Vergilər Nazirliyi nağdsız ödənişlərin, o cümlədən posterminallardan istifadənin artırılması ilə bağlı yeni təkliflər hazırlayıb. FED.az xəbər verir ki, təkliflər IVergilər Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur.
Eləcə də bax:Mallar gömrük postunda boşaldılıb, artıq mallar - AŞKAR EDİLİB
Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib ki, problemin aradan qaldırılması üçün Vergilər Nazirliyi tərəfindən posterminal vasitəsilə nağdsız ödənişlərin qəbul edilməməsi hallarına qarşı məsuliyyət tədbirlərinin müəyyən olunması üçün Vergi Məcəlləsinə dəyişikliklər barədə təklif verilib.
Vergilər Nazirliyi tərəfəindən yeni nəsil real vaxt rejimində işləyən kassa aparatlarının quraşdırılmasına başlanılıb. Artıq 2500 belə kassa aparatının quraşdırılması tamamlanmaqdadır.