Biznes

POS-terminal olan obyektlərdə nağdsız ödənişdən imtina edənləri maliyyə sanksiyaları - GÖZLƏYİR

POS-terminal olan obyektlərdə nağdsız ödənişdən imtina edənləri maliyyə sanksiyaları - GÖZLƏYİR | FED.az
12:57 2 Dek 2019

2020-ci il yanvarın 1-dən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi hallarında maliyyə sanksiyası  (Vergi Məcəlləsində) tətbiq ediləcək.

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Vergi Məcəlləsində ediləcək dəyişiklikdə qeyd edilib.

Eləcə də bax: Hansı bankın POS-terminalı - DAHA SƏRFƏLİDİR? – ŞƏRTLƏR, SİYAHI

Yəni, ödənişlər, obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina olunması qeydə alınarsa həmin qurum cərimələnəcək.

Buna görə Vergi Məcəlləsində qeyd edilir ki, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Digər xəbərlər