2017-ci ildə ixrac olunan qeyri-neft sektoru məhsullarının həcminə görə pomidor birinci yerdədir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, ötən il 151,6 milyon ABŞ dolları məbləğində pomidor ixrac edilib.
Siyahıda ikinci yeri 125,4 milyon dollarlıq ixrac həcmi ilə qızıl, üçüncü yeri isə 114.5 milyon dollar satışla qabığı təmizlənmiş meşə fındığı tutub.
Ötən il ərzində xarici ölkələrə ixrac edilən digər məhsulların həcmi belə dəyişib:
Meyvə-tərəvəz - 503 milyon dollar,
alüminium və ondan hazırlanan məmulatlar - 118 milyon dollar,
plastmassa və onlardan hazırlanan məmulatlar - 101 milyon dollar,
qara metallar və onlardan hazırlanan məmulatlar - 83 milyon dollar,
kimya sənayesi məhsulları - 80 milyon dollar,
pambıq - 52 milyon dollar,
elektrik enerjisi - 51 milyon dollar,
şəkər - 39 milyon dollar,
çay - 10 milyon dollar.
Onu da deyək ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24% artıb.