Bu ilin ilk 5 ayında Azərbaycandan xaricə ən çox ixrac edilər qeyri-neft məhsulu pomidor olub.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2018-ci ilin iyun ayı üçün “İxrac İcmalı”nda bildirilir. Məlumata görə, 2018-ci ilin yanvar-may ayları ərzində xaricə 96,8 milyon dollarlıq tomat (pomidor) ixrac edilib. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb.
Pomidor əkənlər pul qazanır - 97 MİLYON DOLLAR
11:47
3 İyul 2018