Polşa prezidenti Andjey Duda bazar günləri ticarətin qadağan edilməsi haqqında qanunu imzalayıb.
FED.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sözügedən qanun bundan əvvəl 254 leyhinə və 156 əleyhinə səslə qəbul olunub. Qanun mərhələli şəkildə 2018-ci ilin mart ayından 2020-ci ilin yanvar ayına kimi qüvvəyə minəcək.
Bundan əvvəl qanunun yanvarın 1-dən qüvvəyə minəcəyi güman edilirdi.
Mart ayından etibarən mağazalar yalnız ayın birinci və son bazar günlərində fəaliyyət göstərəcək. 2019-cu ildə mağazalar yalnız ayın son bazar günləri açıq olacaq. 2020-ci ildə isə tam qadağa tətbiq olunacaq (@oxu).