Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Eldorado Fish House” restoranının çirkab suları dənizə axıtması məlum olub.
FED.az-ın məlumatına görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları restorana baxış keçirərkən çirkab suların təmizlənmədən dənizə ötürüldüyü üzə çıxıb.
Bu səbəbdən restoranın inzibatçısı Ə.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) üzrə protokol tərtib edilib (Qafqazinfo).