Bu ilin yanvar ayında Azərbaycan xaricə 7,6 milyon dollar dəyərində xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon dollar və ya 65,2% çoxdur.
Ötən ilin yanvar ayında Azərbaycan 4,6 milyon dollar dəyərində polietilen ixrac etmişdi.














