Vergilər Nazirliyi 10 avqust tarixində "PMD Hospitality" MMC-ni qeydiyyata alıb. Kapitalı 100 min manat olan yeni şirkət "PMD Group" şirkətlər qrupunun mehmanxana departamentinin bazasında təsis edilib.
Fərid Musayev şirkətin direktoru təyin olunub. O, qrupun digər bir neçə şirkətini də idarə edir.
"PMD Hospitality" şirkətinin hüquqi ünvanı "Port Baku Towers"dir.
Sosial şəbəkələrdəki məlumatlara görə, "PMD Group" Bakıda və ölkənin turizm bölgələrində bir sıra mehmanxana və istirahət obyektlərini idarə edir. Bunlar Shamaxi Palace Shiredil, Naftalan Hotel Qashalti, Dalga Beach Aguapark, Chinar Hotel & SPA-dır.
"PMD Group" MMC 2013-cü ildə yaradılıb və "Pasha Holdinq" şirkətlər qrupuna daxildir. Qrup kənd təsərrüfatı, emal sənayesi, tikinti, daşınmaz əmlak, bankçılıq və s sahələrdə fəaliyyət göstərir. Qrupa 10-dan çox şirkət daxildir. Bu ilin iyun ayında qrup "PMD Projects" şirkətini qurub.
Turan
“PMD Group” yeni otel şirkəti yaradıb
14:49
14 Avq 2018