“PMD Group” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə Ruslan Mikailov təyin edilib.
Dəyanət Sədullayev PAŞA Holding-də Aparat rəhbəri vəzifəsinə - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, bu barədə MMC-dən bildirilib.
Xəbər verdiyimiz kimi şirkətin əvvəlki İdarə Heyətinin sədri Dəyanət Sədullayev 15 iyun 2023-cü il tarixindən etibarən PAŞA Holding-in rəhbərliyinə Aparat rəhbəri, İcraedici Komitənin üzvü vəzifəsinə qoşulmuşdur. “PMD Group” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə isə Ruslan Mikailov təyin edilmişdir. Ruslan Mikailov 2016-cı ildə “PMD Group” MMC-yə Maliyyə meneceri olaraq qoşulmuş, göstərdiyi liderlik bacarıqları və uğurlu fəaliyyəti nəticəsində 2018-ci ildən Baş maliyyə direktoru vəzifəsini icra etmişdir. O, PMD-də çalışdığı müddətdə təcrübəsi və maliyyə sahəsindəki geniş təcrübəsi sayəsində şirkətin mənfəəti və inkişafına önəmli töhfələr vermişdir.
Ruslan Mikailov 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsilini tamamlamışdır. O, 2008-2013-cü illər ərzində Ernst&Young (EY) şirkətinin Azərbaycan ofisində çalışmış və Vergi xidmətləri üzrə menecer vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra isə fəaliyyətini Baku Hotel Company-də Maliyyə direktorunun müavini olaraq davam etdirmişdir. Ruslan Mikailov, həmçinin, Harvard Biznes Məktəbinin rəhbər şəxslər üçün dizayn edilmiş müxtəlif ixtisasartırma proqramlarının məzunudur.