“PMD Group” MMC Birləşmiş Millətlər Təşkilatının Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri (WEPs) təşəbbüsünə qoşulmuşdur.
FED.az xəbər verir ki, BMT-nin Qadın Agentliyi və BMT Qlobal Sazişinin təşəbbüsü ilə irəli sürülən Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri şirkətləri əmək və insan hüquqları standartları haqqında məlumatlandıraraq gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasını təşviq edir.
Yarandığı 2013-cü ildən etibarən PMD və onun idarəetməsi altında olan digər şirkətlər tərəfindən gender bərabərliyi maksimum nəzərə alınır və iş mühitində hər cür ayrı-seçkiliyin qarşısı alınır. WEPs hərəkatına qoşulmaqla PMD cəmiyyətimizdə gender bərabərliyinin qiymətləndirilməsini və boşluqları aradan qaldırmaq üçün fəaliyyət planının hazırlanmasını və həyata keçirilməsini öhdəsinə götürmüşdür.
Hazırda 2000-dən çox biznes lideri WEPs təşəbbüsünü imzalamış və qadınların iş yerlərində və icmalarda tam iştirakı və liderliyi üçün fəaliyyət planlarını həyata keçirməyi öhdəsinə götürmüşdür. Yerli daşınmaz əmlak bazarında aparıcı şirkət kimi PMD WEP-lərin inkişafı istiqamətində fəaliyyət planlarını həyata keçirməklə həmfikir şirkətlərin qlobal şəbəkəsi ilə əməkdaşlıq edərək gender bərabərliyinin vəziyyətinin yaxşılaşdırılması və qadınların səlahiyyətlərinin artırılması istiqamətində işlər görərək Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verməyə dəvam edir.