"PMD GROUP" MMC nizamnamə kapitalının azaldığını elan edib.
FED.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Kreditorlar bir ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "PMD Group" MMC 2013-cü ildə yaradılıb və "Pasha Holdinq" şirkətlər qrupuna daxildir. Qrup kənd təsərrüfatı, emal sənayesi, tikinti, daşınmaz əmlak, bankçılıq və s sahələrdə fəaliyyət göstərir. Qrupa 10-dan çox şirkət daxildir.
"PMD GROUP" MMC nizamnamə kapitalını azaldıb
16:32
17 Yan 2019