Bakıda biznes mərkəzləri üzrə ofislərin kirayə qiymətləri məlum olub. Fins.az-ın araşdırmasına görə hazırda plazalar üzrə ofislərin kirayə qiymətləri 10-25 manat arasında dəyişir. Ən ucuz kirayə ofislər Xətai rayonunda yerləşən Babək Plazadadır. Burada ofislərin kirayəsi 10-12 manat arasında dəyişir. Digər ən ucuz ofislər isə Nərimanov rayonunda SDN Plazadadır. Burada qiymətlər 12 manatdan başlayır.
Ən baha ofislərin kv.m üzrə qiyməti isə 25 manat təşkil edir. Bu qiymətə ofisi Çinar Plazadan kirayələmək olar.
Daşınmaz əmlak bazarı üzrə rieltor Asif Yusubov Fins.az-a bildirib ki, ofislərin kirayə qiymətləri plazaların əlverişli nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi, həmçinin şəhər mərkəzinə yaxın olmaları ilə ölçülür. Ümumilikdə ən yüksək kirayə qiymətləri şəhər mərkəzinə yaxın biznes mərkəzlərində, ən ucuz kirayə qiyməti isə Nərimanov və Yasamal rayonlarında yerləşən biznes mərkəzlərdədir.
Rayonlar
|
Plazalarda ofislərin kirayəsi kv.m/ AZN |
|
Plazalar |
Qiymətlər |
|
Nəsimi |
Af Mall biznes mərkəzləri |
18-20 AZN |
Səbail |
Sahil Plaza |
22 AZN |
Xətai
|
Babək plaza |
10-12 AZN |
Rusel Plaza biznes Mərkəzi |
14–20AZN |
|
Azure Biznes mərkəzi |
13-17 AZN |
|
Nərimanov
|
Allaz Park Biznes mərkəzi |
12-14 AZN |
Çinar Plaza |
25 AZN |
|
SDN Plaza |
12 AZN |
|
Yasamal |
Globus Plaza |
15-17 AZN |