Pivənin hər litri üçün aksiz dərəcəsi 20 qəpikdən 40 qəpiyədək qaldırılıb.
FED.az xəbər verir ki, bu sözləri dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı keçirilən brifinqdə nazirliyin Vergi Siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.
Eləcə də bax: Pivə ilə gedər - AZƏRBAYCANDA AKSİZLƏR YÜKSƏKDİRMİ?
“2020-ci il yanvarın 1-dən dəyişiklik qüvvəyə minəcək. İstehsalçı və istehlakçılar nəzərə alınaraq dəyişikliklər edilib və bunun bazara əhəmiyyətli təsiri olmayacaq”, - deyə o bildirib.