Fevralın 17-də «Pirallah-Çörək» ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyində bir məsələ müzakirə ediləcək – müəssisənin ləğvi və aralıq ləğvetmə balansının təsdiq olunması.
Yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi 3 nömrəli ünvanda keçiriləcək.
«Pirallah-Çörək» ASC-nin səhmdarları FED.az-a bildirib ki, hazırda müəssisə fəaliyyətsizdir, onun əsas fondları – avadanlıqları tamamilə köhnəliv və dağılıb, müəssisənin tikililəri də pis vəziyyətdədir. Ona görə də burada istesalı təşkil etmək praktiki olaraq mümkün deyil.
“Azinteroil” ümumi yığıncaq çağırdı
Müəssisədə istehsalı təşkil etmək üçün buraya bir neçə milyon manat yatırım tələb olunur, bu məbləğ isə səhmdarlarda yoxdur. Ona görə də ASC-nin rəhbərliyi müəssisənin ləvğ edilməsi barədə qərar qəbul edib.
Gündəlikdəki məsələlərin materialları ilə Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi 3 nömrəli ünvanda tanış olmaq mümkündür.
Toplantıda bütün səhmdarların iştirakı vacibdir.