Azərbaycanda daha iki şirkət birləşir.
Eləcə də bax: "Coca-Cola" Rusiyada satış və istehsalı - DAYANDIRIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “AZF CO LTD” MMC fəaliyyətinə xitam verilərək “Mars Overseas Baku LTD” MMM-yə qoşulur.
“Mars Overseas Baku LTD” MMM “AZF CO LTD” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMM öz fəaliyyətinə 1999-cu ildə başlayıb, nizamnamə kapitalı 15 121 600 manatdır və qanuni təmsilçisi Qabil Əhmədovdur.
Bu şirkət “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir.