«Pepsi» və «Coca-Cola» brendlərnin gedişindən sonra Rusiyanın alkoqolsuz içkilər bazarının yarısını yerli şirkət «Çernoqolovka» tutmaq niyyətindədir.
Eləcə də bax: Coca-Cola Rusiyada adını dəyişdi - «Dobrıy Cola» gəlir
FED.az biznes xəbərləri portalı «Reuters»ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Natalya Saxnina bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyanın alkoqolsuz içkilər bazarının həcmi 9 milyard rubl (150 milyon dollar) həcmində qiymətləndirilir. Məşhur brendlərin gedişindən sonra ilk iki ildə «Çernoqolovka» bazarın 30%-ni tutmaq, daha sonra isə ümumiyyətlə bazarın liderinə çevrilmək niyyətindədir.
Qeyd edək ki, 2021-ci ildə şirkət yerli bazarın 8,5%-ni tutub, 2022-ci ildə şirkətin istehsalı 2 dəfə artıb. «Çerniqolovka» şirkəti «Baykal», «Çernoqolovka» və «Kola Çernoqolovka» adla içkilər buraxır.