2019-cu ilin sonunadək Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq. Bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məlumat verib.
FED.az İnterfaks Azərbaycana istinadən xəbər verir ki, onun sözlərinə görə, 7 mərtəbəli mərkəz paytaxtın mərkəzində yerləşəcək və ölkənin ən böyük biznes mərkəzi olacaq.
Bakıda Həştərxan Biznes Mərkəzinin təməli 2017-ci ilin dekabr ayında qoyulub. Mərkəzdə Həştərxan istehsalçılarının məhsulları təqdim olunacaq.