Bakıda marketoloqların görüşü keçirilib. FED.az xəbər verir ki, “Meet-up” formatında təşkil olunan və “ilin əsas marketinq tədbiri” devizi altında keçirilən bu görüş Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının ilk tədbiri idi. 100-dən artıq adamın iştirak etdiyi bu tədbir sentyabrın 28-də Qafqaz Sport Hoteldə baş tutub.
MKA-nın İdarə Heyətinin sədri Namiq Bayramovun moderatorluq etdiyi tədbir 2 hissədən ibarət idi. İlk hissədə iştirakçılar 2 spikerin, McCann Baku reklam agentliyinin direktoru Elnur Nurəliyevin və PeopleBrand reklam agentliyinin direktoru Emin Quluzadənin praktik keyslərə söykənən maraqlı çıxışlarını dinlədilər.
İkinci hissədə isə həm spikerlər, həm də, moderator iştirakçıların yetərincə çətin və maraqlı suallarına tuş gəldilər.
Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının təşkilatçılığı və Vita1000 şirələrinin sponsorluğu ilə baş tutan tədbirin ərsəyə gəlməsində Trademark Leo Burnett Azerbaijan, Admedia, AirGroup, YelloAD, Visual Factory, Neharada.az kimi şirkətlərin də dəstəyi əvəzsiz idi.
Payızın ilk “Başa-Baş Söhbət”i – MARKETOLOQLAR GÖRÜŞDÜ
09:28
3 Okt 2018