“PASHA Holding”in ecosistem şirkəti olan “Competo” MMC-nin nizamnamə kapitalı yenidən artırılaraq 30 mln. manat çatdırılıb.
Eləcə də bax: “Veysəloğlu”nun törəmə şirkəti ləğv edilir - Ana Şirkətə Birləşir
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki “Umico”nun sahibi olan bu şrikətin nizamnamə kapitalı 3 100 000 manat, 11.7% artırılıb.
Bununla da “Competo” MMC-nin nizamnamə kapitalı 29 700 000 manat olub.
Beləliklə, 2021-ci ildə son 4 artımı nəzərə alsaq, ilin əvvəlindən indiyə qədər 13 300 000 manat, yaxud 81.1% artırılmış olmuşdur.
Cari ilin fevralında “Competo” MMC nizamnamə kapitalını 4 300 000 manat (27.2%) artırılmaqla 20 100 000 manata, iyununda 2 900 000 manat (14.4%) artırılmaqla 23 000 000 manata, 3 600 000 manat, yaxud 16% artırılmaqla 26 600 000 çatdırılmışdır.
“Kapital Bank” ASC-nin törəmə şirkəti “BirKart BOKT” MMC-nin də innovativ layihələri gerçəkləşdirən şirkətdə pay var. “BirKart BOKT”un “Competo” MMC-nin səhmlərinin 25%-i əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.
“Competo”nun Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunmuşdur.
“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ IT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.
2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılmışdır. “iOS” və “Android” platformalarındakı Umico mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.