Bakı/25.05.18/Turan: "Abşeron Hotel Group"a və bir sıra digər otel şirkətlərinə uzun müddət rəhbərlik etmiş Vüqar Rəhmətovu başqa şəxslər əvəz edib.
FED.az xəbər verir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, "Abşeron Hotel Group" şirkətinin icraçı direktoru vəzifəsinə Corc Kobos təyin edilib. O, 2016 ildən "Pasha Holding" otel qrupunda işləyir.
Eləcə də bax: Prezident Bakıda yeni otelin açılışını etdi
Səidə Baxşıyeva "Shahdag Hotel Company", "Yeni İntourist Hotel Company", "Yeni Bilgəh Oteli" və "Baku Boulevard Hotel Company"nin direktoru təyin olunub. O, həmçinin "Abşeron Hotel Group"un maliyyə direktorudur.
"Abşeron Hotel Group" 1-i Türkiyədə olmaqla, 9 oteldən ibarətdir.