“PASHA Holding” MMC-nin klonlaşdırma üsulu ilə müasir formada tinglər yetişdirən şirkəti “Grand-Agro Invitro” MMC-nin rəhbəri dəyişib.
Eləcə də bax: “PAŞA Kapital İ.Ş.”nin rəhbərliyinə təyinat aldı – BANKDAN TRANSFER
FED.az Banker.az-a istinadən xəbər verir ki, Taleh Zeynalov Tarix oğlu “Grand-Agro Invitro”nun İdarə Heyətinin sədri təyin edilib. O, bu vəzifədə Məcnun Məmmədov Qadir oğlunu əvəzləyib. M.Məmmədov “PASHA Holding”in aqrar sahə üzrə böyük layihələrinə rəhbərlik edir. Hazırda isə M.Məmmədov “Agro Food İnvestments” MMC-nin direktorudur.
T.Zeynalov – 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə “Beynəlxalq Ticarət” ixtisası üzrə magistr pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-2004-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində iqtisadçı vəzifəsində başlamışdır. 2004-2011-ci illərdə Ədliyyə Nazirliyində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı vəzifələrində, 2011-2016-cı illərdə “Türkan-Aqro” MMC-nin maliyyə direktoru vəzifəsində, 2016-2017-ci illərdə “Amplo Consulting” MMC-də biznesin inkişafı üzrə menecer vəzifəsində çalışmışdır. 2017-ci ildən isə “Grand-Agro Invitro”da layihə rəgbəri kimi, 2021-ci ilin yanvarından İdarə Heyətinin sədr müavini kimi çalışırdı.
“Grand-Agro Invitro” MMC 2017-ci ildə yaradılıb və hazırda 21 570 000 manat nizamnamə kapitalına sahibdir.