Vergilər Nazirliyi iyulun 18-də "PASHA Technology" MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni şirkət "PASHA Holding" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə şirkətlər qrupunun direktor müavini olan Fərid Usad oğlu Məmmədovdur.