Sentyabrın 24-də nizamnamə kapitalı 100 milyon 200 dollar olan "Zetrix Azərbaycan" adlı şirkət qeydiyyatdan keçib. Bu barədə informasiya noyabrın 14-də kommersiya hüquqi şəxslərin reyestrində yerləşdirilib.
Vadim Şneyer şirkətin direktoru təyin edilib. O, "PAŞA Holding" MMC-nin direktor müavini və holdinqin hüquq şöbəsinin müdiridir. Yeni şirkətin hüquqi ünvanı belədir: Bakı, Neftçilər prospekti, 153 - Port BakıTowers.