Biznes

«PAŞA Holdinq»in rəhbəri - DƏYİŞDİ

«PAŞA Holdinq»in rəhbəri - DƏYİŞDİ | FED.az
08:10 3 Fev 2020

«PAŞA Holdinq»yeni baş direktoru vəzifəsinin icrasına başlayıb.

FED.az xəbər verir ki, fevralın 1-dən etibarən ölkənin ən böyük biznes qruplarından olan holdinqə Cəlal Qasımov başçılıq edir. İndiyədək C.Qasımov «Paşa Holdinq»də baş direktorun müavini vəzifəsini icra edirdi və yeni vəzifəsində Mir Cəmal Paşayevi əvəzləyib.

«PASHA Holding»in baş direktorunun dəyişəcəyini bir qədər əvvəl Mir Cəmal Paşayev özü açıqlamışdı: «Davamlılıq Proqramına əsasən, son iki ildən bir az artıq müddətdə Cəlal ilə birlikdə tədricən təşkilatı bu dəyişikliyə hazırladıq. Səhmdarlar tərəfimdən baş direktor vəzifəsinə irəli sürdüyüm namizədi dəstəklədirlər».

Mir Camal Paşayev özü isə İdarə Heyətinin üzvü olaraq idarəedicilər komandasını dəstəkləməyə davam edərək strateji biznesin idarə edilməsini həyata keçirəcək və istedadların inkişafına xüsusi diqqət yetirəcək.

Xatırladaq ki, "PAŞA Holdinq" 2006-cı ildə yaradılıb. Holdinq iqtisadiyyatın maliyyə, tikinti və turizm sektorlarında bir sıra müəssisələrə malikdir.  Hazırda «Paşa Holdinq»in aktivlərinin həcmi milyard 922 milyon manata, işçilərinin sayı 2500-ə çatır. «Bir neçə il ərzində holdinq, səhmdarların uğurlu korporativ idarəetmə təcrübəsi, biznes diversifikasiyasının uğurlu tətbiqi və regional genişlənmə strategiyası sayəsində regionun mühüm və çoxtərəfli investisiya şirkətinə çevrildi»-deyə C.Qasımov bildirib.

Holdinqdəki fəaliyyətinə qədər Azərbaycanın 3 bankında rəhbər vəzifədə– «Bank of Baku» və «Unibank»da İdarə Heyətinin sədri, «Kapital Bank»da Müşahidə Şurasının sədri olub.

«PASHA Holding»də karyerasına 2015-ci ildə başlayıb, əvvəl Banklar Qrupunun direktor müavini, 2016-cı ildə holdinq direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

Uorik Universiteti (Böyük Britaniya, Warwick Business School) biznes məktəbində MBA dərəcəsinə sahibdir. Bundan əvvəl o, Azərbaycan Ali Diplomatik Kollecində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə (Magistr pilləsi) təhsil alıb. Həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (bakalavr pilləsi) təhsil alıb.

Cəlal Qasımov  – «Nə? Harada? Nə zaman?» verilişinin aparıcısı, hazırda İTV-ə rəhbərlik edən Balakişi Qasımovun qardaşıdır.

Digər xəbərlər

Banner