“Kapital Bank” ASC-nin İdarə heyəti sədrinin birinci müavini Fərid Məmmədov “PAŞA Holdinq” bank qrupunun direktoru təyin olunub.
FED.az xəbər verir ki, bu barədə Trend ölkənin maliyyə bazarındakı mənbəyə istinadən məlumat verir.
F.Məmmədov yeni vəzifəsinin icrasına fevral ayından başlayacaq.
"Kapital Bank"ın İdarə Heyəti sədrinin yeni birinci müavini isə hələ təyin olunmayıb. Bu təyinatın bankın Müşahidə Şurasının növbəti iclasında baş verəcəyi gözlənilir.