“PAŞA Holdinq” MMC-nin struktur bölməsi “PMD Group” MMC-nin ötən ilin avqust ayında yaratdığı “PMD Hospitality” MMC-nin direktoru dəyişib.
FED.azr xəbər verir ki, şirkətə rəhbərlik edən Fərid Musayevi Firuz Süleymanov əvəz edib.
Eləcə də bax:İşçilərin sayını və maaşını gizlədənlər aşkarlanacaq- VERGİLƏRDƏN XƏBƏRDARLIQ
Xatırladaq ki, “PMD Hospitality” “PAŞA Holdinq”lə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 min manatdır.