Yaxın vaxtlarda Azərbaycanda yeni şəkər zavodunun tikintisinə başlanacaq.
Bu barədə FED.az-a ölkənin biznes sektorundan bildirilib. Məlumata görə, yeni fabrikin Yevlax rayonu ərazisində tikilməsi gözlənilir. Zavodun xammalla təmin edilməsi üçün Yevlax və Goranboy rayonları ərazisində bir neçə min hektarlıq şəkər çuğunduru əkini sahələrinin yaradılması da nəzərdə tutulur.
Yeni şəkər zavodu layihəsini «Azerbaijan Sugar Company» LLC şirkəti və ya Azərşəkər MMC reallaşdırır. Artıq adı çəkilən şirkət bir neçə ay əvvəldən etibarən müvafiq vakansiyalar üzrə işçi toplamağa başlayıb.
Layihə müəllifləri hələlik hələlik şəkər zavodu ilə bağlı planlarını açıqlamağa tələsmirlər. Layihə ilə əlaqəli «PMD Qrup» şirkəti və «Azer Sheker LLC»nin «Port Baku» biznes mərkəzində yerləşən ofisində layihənin reallaşacağı ilə bağlı dəqiq məlumat açıqlamayıblar. «Azərşəkər» şirkəti də bu barədə məlumat verməyə hazır olmadığını bildirib. Qeyd edək ki, «PMD Qrup» şirkəti ölkənin ən byöük biznes strukturu sayılan «Paşa Holdinq»ə aiddir.
Xatırladaq ki, hazırda ölkədə şəkər istehsalı ilə məşğul olan yalnız bir müəssisə fəaliyyət göstərir. Bu «Azərsun» holdinqin tərkibində olan və 2006-cı ildən fəaliyyətə başlayan İmişli şəkər zavodudur. Zavodun istehsal gücü ildə 1,8 milyon ton və ya 657 min ton xam şəkərdir. Amma son vaxtlar zavod öz istehsal gücündən təqribən ikiqat aşağı fəaliyət göstərir. Belə ki, 2016-cı ildə zavoda 420 min tona yaxın şəkər istehsal edildiyi halda 2017-ci ildə istehsal kəskin azalaraq 228 min tona düşüb. Bu əvvəlki ilə müqayisədə az qala iki dəfə artıqdır.
Paralel olaraq ölkəyə şəkər idxalı artmaqdadır. 2017-ci ildə Azərbaycana xaricdən 368,7 min ton şəkər gətirilib, bunun da ümumi məbləği 170 milyon dollara yaxındır. 2016-cı ildə də aricdən ölkəyə şəkər idxalı təqribən 365 min ton və 152 milyon dollarlıq olub.
Başqa sözlə, son iki ildə ölkəyə şəkər idxalına təqribən 320 milyon dollar vəsait xərclənib. Bu məbləğ müəyyən mənada bazardakı boşluğun həcmini də göstərir.
«Paşa Holdinq» şəkər bazarında – YENİ ZAVOD TİKİLƏCƏK
12:19
3 May 2018