"PAŞA Holding" Şirkətlər Qrupu 31 dekabr 2018-ci il tarixinə olan aktivlərini açıqlayıb: 10 milyard 750 milyon manat. Bu, 2017-ci ilin dördüncü rübünün əvvəlindəki göstəricidən 55% çoxdur.
Bu məlumat şirkətin yeni veb saytı vasitəsilə açıqlanır. Burada holdinqin bank, sığorta, tikinti sektorunda, daşınmaz əmlak, investisiya, İKT, otel biznesində və s. fəaliyyət göstərən 13 törəmə şirkəti haqqında da məlumat verilir.
"Paşa Holdinq" konqlomeratı 2003-cü ildə yaradılıb.