Vergilər Nazirliyi nizamnamə kapitalı 29 milyon 421,605 min manat olan "Capital Hotel Company" MMC-ni qeydiyyata alıb.
FED.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetində məlumat verilib.
"Capital Hotel Company 2017-ci il dekabrın 28-də qeydiyyata alınıb, nizamnamə kapitalı 29 mln. 421,605 min manata bərabərdir. Şirkətin rəsmi nümayəndəsi Fərid Musayevdir", - deyə məlumatda bildirilir.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 45A, məhəllə 657-dir.
Qeyd edək ki, sözügedən ünvanda vaxtilə "Garant Holding" MMC yerləşib. Sonradan borc mübahisəsi ilə əlaqadar Holdinqin binası "Paşa Holdinq" MMC-nin nəzarətinə keçib. F.Musayevə gəlincə isə, o, sonuncunun strukturu olan "PMD Group" MMC-də rəhbər vəzifə tutur, eləcə də 2017-ci ilin fevral ayında yaradılmış "Prime Estates" MMC-nin direktorudur.