Emin Bağırov daşınmaz əmlak idarə edən şirkətlərdən olan “Prime Estates” MMC-nin direktoru vəzifəsinə təyin edilib. FED.az Banker.az-a istinadən xəbər verir ki, əvvəllər o, “Bank Avrasiya” ASC-nin səhmdarı olan “Azbizneskom” şirkətini idarə edib.
“Prime Estates” MMC 2017-ci ilin fevral ayında 17,8 milyon manat kapital ilə yaradılıb. Bundan öncə şirkətə Fərid Musayev rəhbərlik edib. O həm də “PMD Group” MMC İdarə Heyətinin sədr müavini vəzifəsini tuturdu.
Eləcə də bax: "Diqlas"ın sahibkarlarına daha bir obyekt təklif olunur - TAM SİYAHI