Koronavirus pandemiyasından zərər çəkən sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramı çərçivəsində aprelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar müraciət edib.
Eləcə də bax: 5 min 752 sahibkar dövlətdən - YARDIM ALDI - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, tədbirlər çərçivəsində sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, sosial sığorta haqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi nəzərdə tutulub.
Fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi təmin ediləcəkdir. Artıq aidiyyəti dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinin müraciətlərinin asanlaşdırılması ilə bağlı xüsusi proqram təminatı hazırlanıb və istifadəyə verilib.