2024-cü ilin yanvar-fevral ayında 33,5 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 milyon dollar 44% artıb.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 23,2 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.
Təkcə fevral ayında 23 milyon dollarlıq pambıq mahlıcı ixrac edilib ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.