Türkiyədə yaşayan tanınmış Azərbaycanlı iş adamı və xeyriyyəçi, «Palmali Şirkətlər Qrupu»nun rəhbəri Mübariz Mənsimov yerli televiziya kanallarından birinə sahib olub.
Acun İlıcalı Almaniyada televiziya kanalı satın aldı
FED.az xəbər verir ki, bu barədə iş adamı özü paylaşım edib. M.Mənsimov EKOLTV kimi tanınan telekanalın sahibi olub.
«Radio yayımı sahəsində PAL Radios ilə əldə etdiyimiz təcrübəni bu dəfə televiziya dünyasına köçürmək məqsədi ilə uzun müddətdir apardığımız işlərin sonuna yaxınlaşırıq. İdarə Heyətinin sədri olduğum Palmali Holdinq Səhmdar Cəmiyyətinin tərkibindəki media şirkətimlə EKOLTV adlı televiziya kanalının sahibi olan şirkətin rəsmiləri arasında şirkətin əsas səhmlərinin MMC-yə verilməsi ilə bağlı danışıqlar aparılıb. Palmali Holdinqin tərkibində qurulan media şirkəti son mərhələyə çatıb»-deyə iş adamı bildirib.
«Palmali Holdinq» Səhmdar Cəmiyyəti olaraq Türkiyədə televiziya jurnalistikasına və yayım həyatına yeni nəfəs və həyəcan gətirməyi hədəfləyirik və bu məqsədlə EKOLTV-ni çox qısa zamanda tamaşaçılarına çatdırmaq üçün işlərimizi davam etdiririk»-deyə paylaşımda bildirilir.
«Televiziya jurnalistikasına yeni nəfəs gətirəcək EKOLTV-nin Türkiyənin xəbər kanalı olması üçün səylərimizi davam etdirdiyimizi və baş verənləri sizlərə də çatdıracağımızı bildirirəm» - iş adamı qeyd edib.