“Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının dəstəklədiyi biznes imkanlarını görmək üçün Azərbaycana səfər etməyi planlaşdıran xeyli sayda Pakistan korporasiyalarının rəhbər şəxsləri var”.
FED.az xəbər verir ki, bunu Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin deyib.
“Son iki il ərzində pandemiya səbəbindən pakistanlılar üçün viza məhdudiyyətləri olsa da, son vaxtlar elektron viza rejimi açılıb və iki qardaş ölkə arasında birbaşa uçuşlar da başlayıb. Pakistanın əksər şirkətləri və iş adamları biznesə əsaslanan müvəqqəti yaşayış və bəzi əlaqəli iş icazələri ilə bağlı problemlərlə üzləşirlər. Həmçinin bu müvəqqəti yaşayış icazələrinin (TRC) müddəti çox qısadır, minimum 3 ay, maksimum 1 ildir. İş adamlarının narahatlığının qarşısını almaq üçün Pakistandan olan sahibkarlara azı 2 illik TRC verməyi təklif edirik. İş adamları bununla bağlı çətinliklərlə üzləşdiklərindən ruhdan düşürlər”, - o qeyd edib. (Report)