Azərbaycanın texnologiya və xidmət sektoruna yeni xarici sərmayədarlar daxil olub.
- “Reserved”, “Cropp” və “Sinsay” brendlərinin sahibi Azərbaycanda 2 milyon manatlıq şirkət təsis etdi
FED.az xəbər verir ki, bu addım, pakistanlı iş adamlarının ölkəmizdə eyni vaxtda bir neçə istiqamətdə fəaliyyətə başladığını göstərir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, "SAEED İT AND GENERALS SOLUTİONS" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) dövlət qeydiyyatına alıb (VÖEN: 1407155021).
İT və ümumi həllər sahəsinə 100 min manatlıq sərmayə
Şirkətin adı onun iki əsas istiqamətdə fəaliyyət göstərəcəyinə işarə edir: İnformasiya Texnologiyaları (İT) və ümumi biznes həlləri. Şirkətin 100 000 manatlıq nizamnamə kapitalı ilə təsis edilməsi, onun bazara ciddi planlarla daxil olduğunu və irimiqyaslı layihələr həyata keçirmək potensialına malik olduğunu göstərir.
Şirkətin qanuni təmsilçisi Pakistan İslam Respublikasının vətəndaşı Shamshad Chaudhry Sohaildir.
Eyni ünvan, eyni sərmayə, eyni gündə ikinci şirkət
Ən diqqətçəkən məqam isə odur ki, bu şirkət tək deyil. “SAEED İT AND GENERALS SOLUTİONS” MMC ilə eyni gündə, yəni 10 Mart 2025-ci il tarixində, eyni hüquqi ünvanda (Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 175, mənzil 43) başqa bir şirkət – “SHABAN APPLIANCES TRADING” MMC də (VÖEN: 1407155151) təsis edilib. Həmin şirkət də Pakistan vətəndaşı tərəfindən təsis olunub və nizamnamə kapitalı eynilə 100 000 manatdır. Bu şirkətin adındakı “Appliances Trading” (Məişət Texnikası Ticarəti) ifadəsi onun əsas fəaliyyət istiqamətinin məişət texnikası və avadanlıqları ilə bağlıdır.