Böyükşor gölündə günəş qurğularının quraşdırılması 2021-ci ilin martınadək başa çatacaq.
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.
Eləcə də bax: Azərbaycanda biznesə dəstək üçün - YENİ MEXANİZM İŞƏ DÜŞÜR
Hesabata görə, “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kilovata qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2021-ci ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.