“İstehsalı saxlamaq gündəlikdə deyil”
FED.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
O, qeyd edib ki, iş yerlərində vətəndaşlar özləri koronavirusla mübarizəyə xüsusi diqqət yetirməlidirlər: “Çünki virusla mübarizə ilə yanaşı, iqtisadiyyatın davamlılığı da saxlanılmalıdır. Özəl müəssisələr, istehsal yerləri özləri və rəhbərləri virusla mübarizəni əsas tutaraq situasiyaya uyğun qərar verməlidirlər”.