Yaponiyanın “Sumitomo” şirkəti Özbəkistan aeroportlarının özəlləşdirilməsində iştirak edəcək.
FED.az xəbər verir ki, bununla əlaqədar “Sumitomo” şirkətinin yüksək səviyyəli nümayəndələri Daşkənddə olub, müvafiq sənəd imzalanıb.
Eləcə də bax: “Özbəkistan hava yolları” üç şirkətə - AYRILIB
Görüşdə deyilib ki, “Sumitomo” işin düzgün təşkilinə görə 2018-ci ildə 2,9 milyard dollar təmiz gəlir əldə edib.
Bildirilib ki, birinci mərhələdə Daşkənddəki İslam Kərimov adına Beynəlxalq aeroportun özəlləşdirilməsi nəzərdə tutulur və özəlləşdirmə zamanı qabaqcıl xarici təcrübə əsas götürüləcək. Bundan sonra Səmərqənd, Buxara, Urgənc, Fərqanə və Termez aeroportları da özəlləşdiriləcək.
Danışıqlar zamanı yapon ekspertlərinin bu yaxınlarda yaradılan “Uzbekistan Airports” Səhmdar Cəmiyyətinin fəaliyyətinə cəlb olunması məsələsi də müzakirə olunub.
Azərtac