Çoxsaylı müraciətləri və böyük alıcı kütləsini nəzərə alaraq, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və Parkbulvar AVM-in birgə təşkilatçılığı ilə keçirilən “Outlet Qaraj Günləri”-nin müddəti uzadıldı.
Nəzərinizə çatdırmaq istərdik ki, “Outlet Qaraj Günləri” əlavə 4 gün - 14 aprel saat 22:00-a kimi uzadıldı. Məkan isə dəyişməz olaraq, Park Bulvar AVM-in mənfi 2-ci mərtəbəsidir.
Məşhur brendlərin, hər gün yenilənən geyim və aksessuar çeşidlərinə təqdim olunan 90%-ə qədər endirimləri qaçırmayın!